Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi

24 Oktyabr 2020 13:31 (UTC+04:00)

Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçu və muzdlu əsgərləri geri göndərməlidir. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

Açıqlamada qeyd edilib ki, Ermənistan hücumlara və Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır.