Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub Hikmət Hacıyev

24 Oktyabr 2020 11:32 (UTC+04:00)

Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusən də uşqalara qarşı müharibəsi davam edir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.

H.Hacıyev qeyd edib ki, ermənilərin Tərtər rayonunu “Smerç” raketlərindən atəşə tutması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə öz evlərinin həyətində həlak olub.