Nazəninin qohumu da şəhid oldu FOTO

24 Oktyabr 2020 11:30 (UTC+04:00)

Müğənni Nazəninin qohumu şəhid olub. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Dayım nəvəsi Baba Qasımov şəhid olub. O, Astaranın Ərçivan kəndində anadan olmuşdu. Evli idi, üç övladı var. Allah ailəsinə böyük səbr versin.

Hazırda qardaşımla Astaradayam. Qohumumuzdan başqa da şəhid olan balalarımızın qəbrini ziyarət edəcəyik. Allah onlara rəhmət eləsin. Biz onlarla fəxr edirik".