Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib

24 Oktyabr 2020 01:40 (UTC+04:00)

Cəlilabad rayonunun Soltankənd kəndində yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 150 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları 135 kv/m sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 kv/m olan talvarın lambirindən ibarət tavanı əriyib. Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 kv/m olan qaraj yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.