“Valensiya” səfərdə “Elçe”yə məğlub olub

24 Oktyabr 2020 00:54 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 7-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Valensiya” səfərdə “Elçe” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Atletiko” bu turda “Betis”lə, “Sevilya” isə “Eybar”la üz-üzə gələcək. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” bu tur “Kadis” səfərinə yollanacaq.

7-ci tur çərçivəsində mövsümün ilk “el klasiko”su keçiriləcək. “Barselona” doğma meydanda əzəli rəqibi “Real”ı qəbul edəcək.

İspaniya La Liqası
7-ci tur

23 oktyabr

Elçe – Valensiya 2:1

Qol: Pomares, 19. Fidel, 37 – Lato, 74.

24 oktyabr

18:00 Barselona – Real

20:30 Osasuna – Atletik

20:30 Sevilya – Eybar

23:00 Atletiko – Betis

25 oktyabr

17:00 Valyadolid – Alaves

19:00 Kadis – Vilyarreal

21:30 Xetafe – Qranada

00:00 Real Sosyedad – Hueska

26 oktyabr

00:00 Levante – Selta