İtaliya A Seriyasında 5-ci turun açılış oyununda qapılara 6 qol vurulub

24 Oktyabr 2020 00:42 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sassuolo” ilə “Torino” komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“İnter” bu turda səfərdə “Cenoa”nın qonağı olacaq. “Latsio” “Bolonya” ilə, “Yuventus” isə “Verona” ilə qarşılaşacaq. Turun mərkəzi görüşündə “Milan” “Roma”nın müqavimətini qırmağa çalışacaq.

İtaliya A Seriyası
5-ci tur

23 oktyabr

Sassuolo – Torino 3:3

Qol: Dyuriçiç, 71. Kirikeş, 84. Kaputo, 85 – Linetti, 33. Belotti, 77. Lukiç, 79.

24 oktyabr

17:00 Atalanta – Sampdoriya

20:00 Cenoa – İnter

22:45 Latsio – Bolonya

25 oktyabr

15:30 Kalyari – Krotone

18:00 Benevento – Napoli

18:00 Parma – Spetsiya

21:00 Fiorentina – Udineze

23:45 Yuventus – Verona

26 oktyabr

23:45 Milan – Roma