Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - RƏSMİ

23 Oktyabr 2020 21:55 (UTC+04:00)

Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildiriblər.

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.