Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb - Anar Eyvazov

23 Oktyabr 2020 19:31 (UTC+04:00)

Ötən sutka ərzində düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb. SİA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Prezident İlham Əliyevin ”Twitter” səhifəsində yazdığı kimi, daha 13 kəndin işğaldan azad olunduğunu qeyd edən A.Eyvazov vurğulayıb ki, hazırda bütün istiqamətlərdə döyüşlər davam edir: “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Qələbə bizimlədir!”.