Bakının bu hissəsində su olmayacaq

23 Oktyabr 2020 15:32 (UTC+04:00)

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə SİA-ya “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.