Xalq artisti: “Şuşa işğaldan azad olunduğu gün sürünə-sürünə Qarabağa gedərəm”

23 Oktyabr 2020 14:18 (UTC+04:00)

Xalq artisti Flora Kərimova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı Qarabağdan danışarkən göz yaşlarına hakim ola bilməyib: “80 yaşım var. Hər an ölə bilərəm. Ona görə də mən Vətənsiz, Qarabağsız ölmək istəmirəm. Şuşa işğaldan azad olunduğu gün sürünə-sürünə Qarabağa gedərəm”.