Qonşu ölkədə son sutkada 1 759 nəfər koronavirusa yoluxub

23 Oktyabr 2020 13:01 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 1 759 nəfərdə koronavirus aşkarlanıb, 350 nəfər sağalıb, 5 pasiyent isə vəfat edib.

SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 24 562 nəfərə çatıb. Sağalanların sayı 9 751, vəfat edənlərin sayı isə 183 olub.

Hazırda karantində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 848 nəfər xüsusi otellərdə müalicə alır.