Bakıda mağazadan oğurluq edildi

23 Oktyabr 2020 12:41 (UTC+04:00)

Mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini Z.Qubadov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini Z.Qubadov saxlanılıb.