Avtomobildən və 2 mağazadan pul və mobil telefon oğurlandı

23 Oktyabr 2020 13:52 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Salyan şəhər sakini M.Qasımov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisində “Ford” markalı avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki 2 mağazadan pul və mobil telefon, habelə R.Şapiyevin mobil telefonunu oğurlaması da müəyyən edilib.