Hacıqabulda yanğın

23 Oktyabr 2020 11:29 (UTC+04:00)

Hacıqabul rayonunun Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlaması yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.