Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

23 Oktyabr 2020 11:18 (UTC+04:00)

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.