Katovitse şəhərində azərbaycanlı gənclərin icazəli aksiyasında ermənilər təxribat törədib

23 Oktyabr 2020 11:06 (UTC+04:00)

Azərbaycanlı gənclərin təşəbbüsü ilə Polşanın Katovitse şəhərində Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. SİA-nın xəbərinə görə, aksiyada soydaşlarımızla yanaşı milliyyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

Aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Bizdə olan məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Ermənilərin məqsədi təxribatlar törətmək və azərbaycanlıları provakasiyaya çəkməkdir.