Paşinyan üçün qanun da, ölkənin taleyi də hərracdadır

23 Oktyabr 2020 11:05 (UTC+04:00)

"Erməni biznesmen və partiya sədri Qaqik Sarukyanı eyni hakim həbs etdi və sonra sərbəst buraxdı". SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzetində yazı dərc edilib.

Qəzetin yazdığına görə, ötən il sentyabrın 25-dən bəri eyni hakimin qərarı ilə həbsdə saxlanılan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan dünən elə həmin hakimin qərarı ilə də 100 milyon dramlıq girov müqabilində sərbəst buraxılıb. Nəşrdə qeyd olunur ki, hakimiyyətə qarşı edilən ümumi narazılıq və qınaqlar ikinci siyasi qüvvənin liderinin azadlığa buraxılmasını qaçılmaz edib. Yazıda nəzərə çatdırılır ki, bir il bundan öncə həbs olunan və bu vaxta qədər kütlənin onun sərbəst buraxılması tələbinə məhəl qoymayan Ermənistan hakimiyyəti bu işğalçı ölkənin son acınacaqlı vəziiyəti səbəbi ilə belə bir məcburiyyət qarşısında qalıb.

Hazırda cəbhə xəttində, döyüş meydanında əhəmiyyətli dərəcədə itgilər verən, məğlubiyyətlərə düçar olan Ermənistan hökuməti Qaqik Sarukyanın bu ölkəyə faydalı olacağı kimi son ümidlə onun sərbəst buraxılmasına qarşı çıxmayıb və imkanlarından istifadə etmək niyyəti ilə sərbəst buraxılmasını nəşr etiraf edir.

Xatırladaq ki, belə bir çətin durumda da, Qaqik Sarukyana belə möhtac olduğu məqamda da, acınacaqlı vəziyyətdə də Ermənistan hökuməti onun sərbəst buraxılması üçün xeyli miqdarda pul tələb edib. Göründüyü kimi, Paşinyan hakimiyyəti üçün qanun da, ölkənin taleyi də hərracdadır. Əks halda, bu hakimiyyət ölkənin ikinci siyasi qüvvəsi hesab olunan bir partiyanın rəhbərini pul müqabilində sərbəst buraxmaz, ondan faydalanmağa çalışardı. Bəlli olur ki, Ermənistan hakimiyyəti üçün vətən, torpaq anlayışı, dəm vurduqları ali dəyərlər belə satışa çıxarılandır.