Rusiya hərbi eksperti: Ermənistan mülki, Azərbaycan hərbi hədəfləri vurur - RƏY

23 Oktyabr 2020 10:45 (UTC+04:00)

Qeyri-adi həftə proqramının efirində Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın rəhbəri, “Milli Müdafiə” jurnalının baş redaktoru, polkovnik İqor Korotçenko "Pravda.Ru" nun baş redaktoru İnna Novikovaya Dağlıq Qarabağda baş verənlərlə bağlı videomüsahibə verib. Müsahibədə ekspert Ermənistanın Azərbaycan şəhərlərini raketlə vurmasını və məhz bundan sonra Azərbaycan Ordusunun Ermənistandakı həmin raket kompleksini vurduğunu bildirib. Eksertin bu mövzu ilə bağlı dediklərini təqdim edirik:

“Demişdim ki, mümkün olan bütün danışıqlara və razılaşmalara baxmayaraq, müharibənin davam etmə ehtimalı çox böyükdür. Təəssüf ki, belə oldu. Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanan atəşkəs memorandumuna baxmayaraq, müharibə davam edir.

Fikrimcə, bir neçə amil sabitliyi pozan amillərdir. Birincisi, Ermənistan Azərbaycan ərazisindəki hədəflərə bir neçə raket zərbəsi endirdi, bunlar hərbi hədəflər deyil, şəhərlər idi.

Ermənistan silahlı qüvvələri tərəfindən atılan bir neçə raket vuruldu, lakin təəssüf ki, bəziləri hədəflərinə çatdı və bu hədəflər arasında Azərbaycanın 2-ci böyük şəhəri Gəncə də var.

Orada bir raket şəhər blokundakı çoxmərtəbəli yaşayış binasına dəydi, xeyli sayda insan öldü və daha da çox yaralandı. Bu hərəkət üçün heç bir hərbi ehtiyac yox idi. Niyə, niyə edildi? - Bu sual əmri verənlərə verilməlidir.

Anlamaq vacibdir ki, məsələn, topçu silahlar, tanklar, çoxsaylı raket sistemləri, ağır alovlanma sistemləri döyüş meydanının silahlarıdır və döyüşənlərin komandirləri yerində özləri bu növ silahlardan hansına düşmənə qarşı döyüşlərdə istifadə edəcəyinə qərar verirlər.

Raket silahları isə uzaq mənzilli silahlardır. Bir raket atmaq üçün hədəfi təyin etmək lazımdır, hədəf təyin olunduqdan sonra bir uçuş tapşırığı tərtib etmək, rəqəmsal olaraq raket döyüş başlığına daxil etmək və yalnız sonra atmaq lazımdır. Raket silahlarının istifadəsi, bu əməliyyat-taktiki raket sistemləri olsa da, hərbi-siyasi rəhbərliyin yüksək vəzifəli şəxslərinin səlahiyyətidir.

Fakt budur ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların baş verdiyi ərazinin kiçikliyini nəzərə alsaq, əməliyyat-taktiki raket sistemləri, əslində strateji silahdır.

Hərbi əməliyyatlar teatrı kiçik olduğundan, raket məsafəsi hərbi hədəflər üçün deyil, bu, uzunməsafəli böyük raketlə zərbə endirmək üçün uyğun bir siyasi qərar tələb olunur.

Azərbaycan Ermənistanın Gəncəyə raket zərbəsi endirdiyini bildirməklə yanaşı, “Elbrus” əməliyyat-taktiki raket sistemi olaraq təsnif edilən raket qalıqlarını da təqdim etdi. Bu raket qərb qısaltması ilə "Skad" kimi daha yaxşı tanınır. Bunlar, Səddam Hüseynin döyüşdüyü ətraf ölkələrə, müharibə əsnasında Amerika birliklərinə və koalisiya qoşunlarına zərbələr endirdiyi eyni "skadlar"dır.

Belə bir raket kifayət qədər ciddi bir silahdır. Ermənistan bu silahdan istifadə etdi. Əlbətdə ki, bu cür startların peşəkarlar tərəfindən həyata keçirildiyini anlamaq vacibdir. Bu çox inkişaf etmiş bir kollektiv silahdır və təlim keçmiş döyüş qrupları tələb olunur.

Əlbəttə ki, əsasən atıcı silahlarla və qismən toplarla vuruşan Dağlıq Qarabağın özünümüdafiə dəstələri belə silahlardan istifadə edə bilməzlər. Nəticədə, Ermənistan mülki əhaliyə bir başa zərbə vurdu, lakin Azərbaycan bu zərbəyə eyni şəkildə cavab vermədi.

Fərqli bir şəkildə cavab verdi: Azərbaycanın Ermənistanın sərhəd bölgələrində pilotsuz təyyarələrin köməyi ilə intensiv şəkildə aparmağa başladığı havadan kəşfiyyat sayəsində bənzər bir sinif əməliyyat-taktiki raket sisteminin çıxış mövqeyinə irəlilədiyini aşkarladı.

Bu kompleks döyüş mövqeyinə oturduqda dəqiq bir zərbə ilə vuruldu. Kompleks Ermənistan ərazisində məhv edildi. Müvafiq olaraq, bütün bunlara necə reaksiya vermək lazım olduğu məsələsində problem yaranır.

Bir tərəfdən, Azərbaycan Ermənistanı vurdu, yerləşdirilən və raket atmağa hazırlaşan əməliyyat-taktiki raket sistemini məhv etdi”.

Ermənistan isə bildirdi ki, bu, sadəcə, adi döyüş vəzifəsidir, bəli- kompleksi yerləşdirdilər, ancaq Azərbaycana zərbə vurmaq fikrində deyildilər. Lakin bundan bir neçə gün əvvəl Ermənistan artıq Azərbaycana raket zərbəsi endirmişdi.

Buna görə burada qarışıq bir vəziyyət var. Yəni, əvvəlcə KTMT üzvü olan Ermənistan Azərbaycanın mülki şəhərlərinə raket zərbəsi ilə hücum etdi və cavab zərbəsi ilə Azərbaycan orada yerləşdirilmiş və yenidən zərbə endirməyə hazır olan həmin kompleksi məhv etdi.

Tərcümə etdi – Elçin Bayramlı