"Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşib

22 Oktyabr 2020 21:20 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" (İspaniya)
oyununun yeri müəyyənləşib.

SİA xəbər verir ki, bu barədə "qol.az" saytına Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, görüşün Türkiyədə olacağını bildirib.

Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Qərara əsasən, "Qarabağ" "Vilyarreal"dan başqa, "Makkabi" (İsrail) və "Sivasspor"la (Türkiyə) da neytral meydanda qarşılaşmalıdır.