Daha 7 kənd erməni işğalından azad olunub

22 Oktyabr 2020 18:35 (UTC+04:00)

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.