Ermənistanın mediası Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçı azərbaycanlı şəhid kimi təqdim edib. SİA xəbər verir ki, Ermənistanın mediası Sərdar Ortaçın hərbi xidmətdə olarkən 2000-ci ildə Sivasda çəkilən fotosunu “Öldürülən Azərbaycan əsgərlərinin sayı” başlıqlı xəbərdə tirajlayıb.
Fotoda aktyor Kaan Girgin da yer alıb.