İstanbulda İŞİD terror təşkilatının 14 üzvü saxlanılıb

22 Oktyabr 2020 13:21 (UTC+04:00)

İstanbulda İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib. SİA yerli mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onlardan 13-ü xarici ölkə vətəndaşıdır. Əcnəbi vətəndaşların ekstradisiyası işləri görülür.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.