Bakıda evdən 130 min manat oğurlanıb

22 Oktyabr 2020 13:13 (UTC+04:00)

Səbail rayonu ərazisindəki mənzillərin birindən 130.000 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıblar.