Evdən qızıl-zinət əşyaları oğurlandı

22 Oktyabr 2020 12:43 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş Ə.Məmmədlinin Qəbələ rayonu ərazisindəki daha bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş Ə.Məmmədlinin ətrafında Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.