ABŞ-ın NATO-dakı səfiri: “Ermənistan Azərbaycanın suveren sərhədlərini tanımalıdır” BƏYANAT

22 Oktyabr 2020 11:56 (UTC+04:00)

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçinson jurnalistlərlə virtual-konfransında söhbətində bildirib ki, Alyans ABŞ və Rusiya nə edirsə, məhz onu etməyə cəhd göstərir. Yəni Dağlıq Qarabağdakı münaqişəni saxlamağa çalışır.

SİA-ya daxil olan məlumata görə, Hatçinson bildirib ki, bu problem 30 ildir irinləyib: “Minsk qrupuna daxil olan ABŞ, Rusiya və Fransa həmsədrləri münaqişəni əvvəli mərhələyə qaytarmaq istəyirlər - məhz Azərbaycanın suveren sərhədlərinə ki, bu çərçivədə erməni əhalisi yaşaya bilər. Bunu həll etmək olar və bu zaman münaqişə başa çatacaq”, deyə səfir Ermənistanın Azərbaycanın suveren sərhədlərini tanımalı olduğunu vurğulayıb.