Azərbaycandan hərbi dəstək istəsə, Türkiyə tərəddüd etməz - Fuat Oktay

22 Oktyabr 2020 11:26 (UTC+04:00)

"Azərbaycandan hərbi dəstək istəsə, Türkiyə tərəddüd etmədən tələbi yerinə yetirəcək". SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidentinin müavini Fuat Oktay deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair saziş mövcuddur. Bu səbəbdən də Türkiyənin tərəddüd etməsinə səbəb olmayacaq.

“Görürük ki, mülki insanların qətlə yetirilməsinə dünya birliyi səssiz qalır. Türkiyə olaraq ilk andan bəri deyirik ki, Azərbaycan bu məsələdə tam haqlıdır, Ermənistan isə işğalçı tərəfdir. Türkiyə sonuna qədər Azərbaycanın yanında olmağa qərərlıdır. Prezidentimiz də bunu ilk gündən açıq-aşkar bəyan edib. Yenə deyirəm: bu məsələdə nə Türkiyə, nə də prezidentimiz qətiyyən tərəddüd etməyəcək. Qarşımızda atəşkəs razılaşmasının mürəkkəbi qurumadan dinc insanlara raket hücumu edən terror dövləti var. Heç kimə də sirr deyil ki, bu gün terror təşkilatları Ermənistana kömək edir”, - deyə F.Oktay bildirib.