Zaqatalada yanğın

22 Oktyabr 2020 10:52 (UTC+04:00)

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli evin mətbəxinin tavanı 9 m² sahədə yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.