Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb - MN

22 Oktyabr 2020 09:43 (UTC+04:00)

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.