Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını müzakirə edəcək

22 Oktyabr 2020 09:39 (UTC+04:00)

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.