"Əsgərə salam"

22 Oktyabr 2020 09:15 (UTC+04:00)

Yazıçı-dramaturq Pərvinin son günlərdə qələmə aldığı "Əsgərə salam" müraciəti Gənc Tamaşaçılar Teatrı tərəfindən video-çarx olaraq hazırlanıb.
SİA-nın məlumatına görə, bir qadının, ananın dilindən səngərdə döyüşən, vətən torpağını düşmən tapdağından xilas edən əsgərlə xəyali söhbət, etirafı kimi qələmə alınan esseni teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Aygün Fətullayeva, Sabirə Abdullayeva səsləndiriblər.
Video-müraciətin quruluşçu rejissoru Ayla Osmanova, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, montajçısı Əli Əliyevdir.
Qeyd edək ki, bu, teatrın əsgərə müraciət formasında hazırladığı ikinci işdir.