Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
SİA xəbər verir ki, 12 qrupda 24 görüş keçiriləcək. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da yer aldığı I qrupunda ilk oyununa çıxacaq. Ağdam klubu İsraildə “Makkabi”nin qonağı olacaq.
Qrupun digər oyununda “Vilyarreal” “Sivasspor”u qəbul edəcək.
22 oktyabr
Avropa Liqası
Qrup mərhələsi
I qrupu
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton (Şotlandiya)
Təl-Əviv. “Blumfeld” stadionu
23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə)