Yunanıstanın Zakinf adası sahilləri yaxınlığında zəlzələ qeydə alınıb

22 Oktyabr 2020 07:16 (UTC+04:00)

İon dənizində Yunanıstanın Zakinf adası sahilləri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, fəlakətin episentri təxminən 11,5 min nəfər əhalisi olan Zakintos şəhərindən 61 km cənub-qərbində olub. Zəlzələnin ocağı 10 kimoletr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.