ABŞ istismar müddəti başa çatmış 2 ədəd “F-16”-nı pulsuz olaraq Bolqarıstana verəcək

22 Oktyabr 2020 04:55 (UTC+04:00)

ABŞ administrasiyası istismar müddətini başa vurmuş iki ədəd “F-16” qırıcısını pulsuz olaraq Bolqarıstan silahlı qüvvələrinə verməyi planlaşdırır.

SİA xəbər verir ki, bu barədə “24 Saat” qəzeti Sofiyadakı ABŞ səfirliyinə istinadən məlumat yayıb.

ABŞ diplomatik nümayəndəliyi isə öz növbəsində Bolqarıstan Hərbi Hava Qüvvələrinin iki bazasını ziyarət edən dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Klark Kuperə istinad edib.

Səfirlik istismardan çıxarılan hərbi təyyarələrin Bolqarıstana verilməsi bu təşəbbüsün ABŞ Konqresində təsdiqlənməsindən sonra baş verəcəyini bildirib. ABŞ hərbçiləri hesab edir ki, onların bolqarıstanlı həmkarları bu təyyarələrdən təlim məqsədilə və texniki imkanları ilə tanış olmaq üçün istifadə edəcəklər.