Gürcüstanda bankda girov götürülən şəxslər sərbəst buraxılıblar

21 Oktyabr 2020 22:35 (UTC+04:00)

Gürcüstanın Zuqdidi şəhərində bankda girov götürülən şəxslər sərbəst buraxılıblar.

SİA xəbər verir ki, silahlı şəxs polisə təslim olub.

Bununla da polisin xüsusi əməliyyatı başa çatıb. Əməliyyat zamanı xəsarət alanların olmadığı bildirilir.