Baş İdarənin rəisi QHT Koalisiyası ilə görüşdü - FOTOLAR

21 Oktyabr 2020 16:51 (UTC+04:00)

Oktyabrın 20-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının bir qrup üzvləri ilə görüş keçirilib. İnsan alveri qurbanları üçün reabilitasiya mərkəzlərinə və sığınıcaqlara malik QHT rəhbərlərinin iştirak etdyi görüşdə torpaqlarımızın azadlığı uğurunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun və nazirin birinci müavini, Milli Koordinator, polis general-leytanantı Seyfulla Əzimovun salamlarını tədbir iştirakçılarına çatdırıb. General erməni təxribatına qarşı rəşadətli ordumuzun əks-hücum əməliyyatları haqqında, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ərazilərimizin bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqeyi barədə fikirlər səslənidirib, qələbələrimiz münasibəti ilə iştirakçıları təbrik edib.

Eyni zamanda ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində aparılan fəaliyyətlə bağlı ABŞ Dövlət Departamentinin və digər beynəlxaq təşkilatların məlumat və tövsiyələri ətrafında geniş müzkirə aparılıb.
Baş İdarə rəisinin müavini, polis polkovniki Samir Zeynalov 2020-ci ilin iyul ayında Prezident tərəfindən təsdiq olunmuş 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət planı barədə danışaraq qeyd edib ki, öncəki illərdə olduğu kimi, bu fəaliyyət planında da QHT-lərlə geniş əməkdaşlığa dair müddəalar əksini tapıb. Bildirib ki, DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərmiş olduğu diqqət və qayğı növbəti illərdə davam edəcək.
Görüşdə QHT Koalisiyasının rəhbəri, “XXI Əsrin Qadınları” İctimai Birliyi "nin sədri Mahirə Əmirhüseynova həyata keçirdikləri işlər barədə hesabat xarakteli məlumat verib. Koalisiya sədri vurğulayıb ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Baş İdarəylə sıx qarşılıqlı əməkdaşlıq çərçivəsində 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət planı üzrə daha effektiv nəticələrə nail olacaqalrına əmindirlər.

Tədbirdə Baş İdarənin şöbə rəisləri də fikirlər səsləndiriblər. Qeyd ediblər ki, insanların alver predmetinə çevrilməsinin qarşısının vaxtında alınması baxımından QHT-lərlə birgə maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir.

Görüşdə işrirak edən koalisiyanın üzvləri - Mehriban Zeynalova, Kamalə Ağazadə, Gülayə Səfərova , Kamalə Aşurova, Ramiz Alıyev, Zenfira Mustafayeva da səmərəli təkliflər səsləndiriblər.