"Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyir" Baş Nazirin müavini

21 Oktyabr 2020 15:37 (UTC+04:00)

"Ermənilər Gəncədə törədikləri hadisəyə görə öz cəzalarını çox ağır şəkildə alırlar və alacaqlar". SİA-nın verdiyi məlumata görə, bu sözləri Baş Nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib. "Əlbəttə, biz onlar kimi uşaq, mülki şəxsləri hədəf almırıq. Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyirlər".

Qeyd edək ki, Baş Nazirin müavini zərər görən hər kəsə Yeni Azərbaycan Partiyası tərəfindən maddi yardım ediləcəyini bildirib.