Banka silahlı hücum - Girov götürülənlər var

21 Oktyabr 2020 14:58 (UTC+04:00)

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib. SİA-nın xəbərinə görə, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.