Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu

21 Oktyabr 2020 13:20 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 1,44 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 15 700 nəfər virusa yoluxub, 317 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 447 335 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 952 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 096 560 nəfər virusdan sağalıb, 325 823 nəfərin müalicəsi isə davam edir.