YAP Mingəçevir şəhər təşkilatının fəalları təbliğat işlərini davam etdirir FOTO

21 Oktyabr 2020 12:56 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının fəalları şəhər ictimaiyyəti arasında hərbi vətənpərvərlik ruhunda təbliğat işlərini davam etdirir.

SİA-nın verdiyi məlumata görə, təşkilatın Qadınlar Şurasının üzvləri də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizin ailələrini ziyarət edir, onlara maddi və mənəvi dəstək göstərirlər.

Torpaqlarımızın işğaldan azad edilməsi şəhidlərimizin ruhunu şad edir, onların qisası alınır.