Göygöldə ağır qəza: ölən və xəsarət alan var

21 Oktyabr 2020 12:14 (UTC+04:00)

Göygöl şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 20-də saat 16 radələrində Göygöl şəhəri ərazisində Tovuz rayon sakini Q.Quliyevin idarə etdiyi "Mercedes" və Gədəbəy rayon sakini Məzlum Quliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə M.Quliyev və sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.