"Azərbaycan “Böyük Ermənistan” xülyasını yoxa çıxardı" - Maksim Şevçenko

21 Oktyabr 2020 10:22 (UTC+04:00)

"Azərbaycan ordusu Zəngilanı aldı!"

SİA xəbər verir ki, bu sözləri özünün "Maks atakuet” Teleqram kanalında rus politoloq, jurnalist, teleaparıcı və ictimai xadim, 9 sentyabr 2018-ci il tarixdən VII çağırış Vladimir Bölgəsi Qanunvericilik Məclisinin deputatı, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Şevçenko yazıb.

O, növbəti dəfə Azərbaycan ordusunun əməliyyatlarını şərh edib: "Bu, o deməkdir ki, demək olar Dağlıq Qarabağdan kənar bütün ərazilər Azərbaycan tərəfindən işğaldan azad edilib. Beynəlxalq spekulyantların və geopolitik oyunçuların Azərbaycan və erməni xalqlarını şantaj edib uzatdıqları "sülh prosesi" artıq əvvəlki formada heç bir məna kəsb etmir.