“Nasizmə qarşı mübarizədə biz birlikdə idik” adlı onlayn-sərgi açılıb

21 Oktyabr 2020 10:20 (UTC+04:00)

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) 1941-1945-ci illər Böyük Vətən müharibəsi Mərkəzi Muzeyinin hazırladığı “Nasizmə qarşı mübarizədə biz birlikdə idik” adlı onlayn-sərgi açılıb. Sərgi İkinci Dünya müharibəsi tarixinə həsr olunub.

RİMM-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ekspozisiyada o qanlı müharibənin əsas mərhələləri əks etdirilib və alman faşist qəsbkarları üzərində ümumi Qələbəyə SSRİ respublikalarının hər birinin verdiyi döyüş və əmək töhfəsi təsvir olunub.
Xalqların vətənpərvərliyi, fədakarlığı, onların həmrəyliyi faşizm üzərində Qələbədə ən mühüm amil olub.
Onlayn-sərgi ilə aşağıdakı linkdə ətraflı tanış olmaq mümkündür https://www.facebook.com/190658944285922/posts/3402975479720903/.