Ermənistan xarici işlər naziri Rusiyaya qısamüddətli səfərə gedib

21 Oktyabr 2020 02:58 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

SİA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Facebook" səhifəsində xəbər yayıb.

Bildirilir ki, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.