Bakının Binəqədi rayonunda 28 yaşlı gənci avtomobil vurub

21 Oktyabr 2020 05:18 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

1992-ci il təvəllüdlü Babayev Kamil Dəyanət oğlu piyada keçidindən keçib. Bu zaman onu yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Hazırda hadisəni törədən sürücünün axtarışı aparılır.