Çempionlar Liqasında qrup mərhələsinə start verildi - NƏTİCƏLƏR

21 Oktyabr 2020 00:59 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.

G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib və darmadağınla qalib gəlib.

Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” komandaları Parisdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və məğlubiyyətlə üzləşib.

F qrupunda “Zenit” evdə “Brügge”yə uduzub. Dortmund “Borussiya”sı isə “Latsio” ilə səfər oyunundan məğlub ayrılıb.

E qrupu çərçivəsində baş tutan “Renn” – “Krasnodar” və “Çelsi” – “Sevilya” matçında qalib müəyyənləşməyib.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

20 oktyabr

F qrupu

Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.

Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 3:1
Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.

G qrupu

Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
Qol: Morata, 46; 84.

Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.

E qrupu

Renn (Fransa) – Krasnodar (Fransa) 1:1
Qol: Jirassi, 56 – K.Ramires, 59.

Çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0

H qrupu

PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Marsyal, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.

Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Anxelinyo, 16; 20.