Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb

21 Oktyabr 2020 03:47 (UTC+04:00)

"Dinamo"nun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bu mövsüm Kiyev təmsilçisinin başında "Yuventus"a qarşı oyuna çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub.

O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

Qeyd edək ki, "Dinamo" - "Yuventus" görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.