"Bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir" - Sahibə Qafarova

20 Oktyabr 2020 20:23 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.

SİA-nın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, gözəl diyarımız Zəngilan işğaldan azad olunub: “Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!”.