Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar

20 Oktyabr 2020 18:18 (UTC+04:00)

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. SİA-nın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir: “İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.