“Bir çox ərazidən geri çəkildik, əla qərar idi...” Arsrun Ovannisyan

20 Oktyabr 2020 17:45 (UTC+04:00)

Ermənistan ordusu bir neçə istiqamətdə dərhal geri çəkildi. SİA xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arsrun Ovannistan öz social şəbəkə hesabında qeyd edib.

O, öz hesabında bunu “əsaslandırmağa” çalışıb, amma çox gülməli alınıb və eyni zamanda məğlubiyyətə don geyindirmək kimi təəssürat bağışlayıb.

“Bəli, biz bir çox ərazidən geri çəkildik. Bu, əla qərar idi”, deyə Ovannisyan paylaşım edib.

Əslində, geri çəkilməyəcəkləri halda bütün qüvvələrinin məhv ediləcəyinə Ovannisyan dolayısı ilə işarə vurub.
Xatırladaq ki, Azərbaycan Ordusu bu gün Zəngilan şəhərini və daha 24 kəndi işğaldan azad edib. Görünür, işğalçı tərəf bununla bağlı özünü tamam itirib və daxili auditoriyanı sakitləşdirmək, ələ almaq üçün olan paylaşımları da çox gülünc səslənir.