Paşinyanın "Bayraktar" yalanı: həyasızcasına və xalqın gözünün içinə... SƏRSƏMLİK

20 Oktyabr 2020 17:38 (UTC+04:00)

Bəllidir ki, Ermənistanın baş naziri Nikol Paşinyan işğalçı və terrorçu ordusunun Qarabağ cəbhəsində aldığı ağır, sarsıdıcı məğlubuyyətlərini müxtəlif bəhanələrlə ört-basdır etməklə məşğuldur. Onun Azərbaycana qarşı irəli sürdüyü sərsəm iddiaları arasında daha hansıları olmadı... Gah "ərəb ölkələrindən gətirilmiş muzdlular", gah "Türkiyə hərbçilərinin müharibədə iştirakı", gah "Pakistan ordusunun Qarabağda döyüşməsi" və s. kimi sərsəm fikirləri ilə xalqının başını tovlayıb, əsgərlərini Qarabağa öldürülməyə göndərən Paşinyan bu dəfə daha axmaq iddiası ilə məsxərə hədəfinə çevrilib.

Paşinyan və onun terrorçu komandası xalqına "cəbhə qələbələri" barədə nağıllar, əfsanələr düzüb-qoşurlar

SİA xəbər verir ki, erməni baş nazir Azərbaycanın silahlanmasında olan və düşmənin başına sözün həqiqi mənasında od ələyən, ordularını pərən-pərən salan "Bayraktar" PUA-larından 10 ədədinin (???) "vurulduğunu" özünün feysbuk səhifəsində yazıb. Ancaq bir həqiqəti unudub ki, "vurulan" PUA-lar, yaxud onların "qırıntıları" nədənsə erməni ordusunun əlində yoxdur. Məhz belə bir iddiaları ilə siyasi bəlkə də fiziki (!) ömrünün son akkordlarını vuran Paşinyan və onun terrorçu komandası xalqına "cəbhə qələbələri" barədə nağıllar, əfsanələr düzüb-qoşurlar. Amma bu sərsəmə sual verən və cavab təəb edən yoxdur ki, əgər onun dabanına tüpürüb qaçan məğlub ordusu həqiqətən də "Bayraktar"ı "vurmağa" nail olublarsa, onda hansı bəs onun fraqmentləri?

Erməni ordusunun köhnə və yararsız radarları heç bir müasir uçiş aparatlarını müəyyən edib, vurmaq iqtidarında deyi

Təbii ki, yoxdur, ola da bilməz. Çünki ümumiyyətlə belə bir hal baş verməyib. Və həm də ona görə ki, "Bayraktar"ın daha bir yeni funksiyası ondan ibarətdir ki, PUA-larımız radarlarda çaşdırıcı dalğalar yaradır və onu görünməz edir. Ümumiyyətlə, erməni ordusunun köhnə və yararsız radarları heç bir müasir uçiş aparatlarını müəyyən edib, vurmaq iqtidarında deyil. Hətta olubsa da, artıq yoxdur, Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində məhv ediliblər.

Beləliklə, Paşinyan xalqının gözünün işinə qədər yalanlar danışır və həmin yalanların da onu xilas edəcəyi ümumiyyətlə inandırıcı görnümür, əksinə, vəziyyətini daha çıxılmaz dalana doğru sürükləyir.

Rövşən RƏSULOV